• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 18.04.2017 10:20

Honda iki yeni elektrikli avtomobil göstərdi

Honda istehsalçıları Nyu-York avtoşousunda Clarity  seriyasından iki maşının təqdimatını keçiriblər. Alternativ yanacaqla işləyən avtomobillər Clarity Plug-in Hybrid və Clarity Electric adlanır. Şirkətin proqnozuna görə, 2030-cu ilə qədər brendin modellərinin 2/3 hissəsi alternativ yanacaqla hərəkətə gələcək. Clarity Electric markanın ilk 5 yerlik, akkumlyatorlu batareyası olan maşını hesab olunur. 161 at güclü elektromotoru və 25,5 kVt/saat həcmli akkumlyatoru olan avtomobil 3 saat ərzində tamamilə enerji ilə təmin olunur. Daha güclü texnologiyadan istifadə etməklə daha güclü enerji yığmaq olar, belədə maşın enerjisi yarım saata 80% yüklənəcək. Hibridli Clarity Plug-in Hybrid bir dəfəyə 64 kilometr məsafə qət edir. Honda rəsmiləri söz veriblər ki, modellərini daha qənaətcil motorla təchiz edəcəklər. Daha uzun gedişlərdə avtomobil 1,5 litrlik 4 silindrli mühərrikdən istifadə edir. O, eyni vaxtda həm elektrik, həm də alternativ enerji işlədir. Elektromotor daxili yanma mühərriki ilə birgə maşının gediş ehtiyatını 530 kilometrədək artırır.

Cavanşir Məmmədzadə