• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 18.04.2017 10:18

Yaponiyada voleybolçuları məşq etdirmək üçün robotlardan istifadə edilir

Yaponiyanın voleybol assosiasiyası Çukuba universitetinin mütəxəssisləri ilə birgə voleybolçular üçün robotlaşdırılmış məşq kompleksi işləyib hazırlayıb. Bu sistem oyunçuların hücumlarını gücləndirəcək. Avtomatlaşdırılmış kompleks üç robot oyunçudan ibarətdir, onlar saniyədə 3,7 metr sürətlə hərəkət edə və yuxarı qaldırılmış “əlləri” ilə voleybolçuların hücumlarının qarşısını ala bilirlər. Məşqçinin isə əvvəlcədən robot rəqiblərin mövqeyini və digər parametrləri dəyişmək imkanı var. Bununla da oyunçular müxtəlif mövqelərdən hücumlarını təkmilləşdirir və gələcək rəqiblərinin taktikasını öyrənirlər. Sistem artıq sınaqdan keçirilib, 7 gün ərzində Yaponiyanın qadınlardan ibarət voleybol komandasının 6 üzvü tərəfindən yoxlanılıb. Komandanın bəzi üzvlərinin açıqlamalarına görə, robotlarla qarşılaşmada keçirdiklər hisslər, insanlarla oyundakından xeyli fərqlənir. Sistemin çatışmazlığı ondan ibarətdir ki, robot oyunçular əvvəlcədən planlaşdırıldığı yerə yerləşir və real vaxtda hücum olarkən mövqe tuta bilmirlər.

Cavanşir Məmmədzadə