• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 17.04.2017 18:59

ANAMA-nın ekspertləri Füzuli rayonunda təmizləmə əməliyyatı aparıblar

Aprelin 17-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti - Zəng mərkəzi sisteminin məlumatları əsasında Füzuli rayonunun Əhmədalılar kəndində təmizləmə əməliyyatı aparıblar. Bir ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticədə 8 ədəd partlamış 5.45 millimetrlik patronun gilizi aşkarlanaraq götürülüb. Yanvarın 1-dən aprelin 17-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5130 partlamamış hərbi sursat, tank əleyhinə 81 və piyada əleyhinə 9 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 913 min 644 kvadratmetr ərazi yoxlanılıb.

 

Zülfiyyə Telmanqızı