KepezTV Player
Yaşı az olsa da, əməli əndazəni aşdı. Evdən qızıl və pul oğurlayan gənc çox da uzağa gedə bilmədi.
42 yaşlı kənd sakini Famil Ağayev Siyəzən Rayon Polis Şöbəsinin növbətçi hissəsinə aprelin 15-də evindən oğurluq edilməsi ilə bağlı müraciət edib. Hadisə yerinə baxış keçirən əməliyyat qrupu evdən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü və 55 manat nağd pulun oğurlandığını müəyyən edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balaca Həmyə kənd sakini 19 yaşlı Qəribağa Zeynalov saxlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 455