Balakən RPŞ əməkdaşları narkotiklərlə mübarizə sahəsində uğurlu əməliyyat həyata keçiriblər. Rayonun Xalatala kəndində yaşayan Əhməd Şabanovun həyətyanı sahəsinə baxış keçirilib. Oradan kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam edir.
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. İdarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Hindistan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb. Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və üzərinə baxış keçirilib. Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr - 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,054 qram təşkil edən marixuana və üç ədəd bükümdə, ümumi xalis çəkisi 16,389 qram təşkil edən həşiş aşkar edilib. Bundan başqa, 48 ədəd müxtəlif adda 27 ədəd həb şəklində psixotrop və güclü təsiredici maddələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 466