• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 17.04.2017 12:36

Tamahları başlarına bəla açdı

KepezTV Player

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 300 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, cinayət əməlini törədən Çayarxı kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Feyzullayevdir. Oğurluq etməkdə şübhəli bilindiyinə görə, tutulan Nikolay Miroşniçenkonun isə digər cinayət əməli ortaya çıxıb. Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun martın 6-da rayon ərazisindəki 1 mağazadan 115 manat pul, mobil telefon və noutbuk oğurladığı da müəyyən edilib. Narkotik vasitə ilə tutulan Zamiq Quliyevin ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə isə onun aprelin 13-dən 15-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən ümumilikdə 50 manat pul, 3 mobil telefon və ehtiyat təkər oğurladığı da müəyyən edilib.

Zülfiyyə Telmanqızı