![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/dodge_5.jpg?itok=DYZKeVjj)
Dodge şirkəti bu ilin sonuna qədər əfsanəvi Viper sportkarının istehsalını dayandıracaq. Model konveyerdən avqust ayında çıxarılacaq. Maşının son istehsalı ilə bağlı Pennzoil neft şirkəti model üçün xüsusi vida videoçarxı hazırlayıb. Görüntülərdə avtomobilin dinamik göstəriciləri qabardılır. Dodge mühəndisləri Viperi 25 il idi ki, istehsal edirdilər. Bu müddət ərzində təxminən 30 min sportkar ərsəyə gəlib. Ancaq şirkət rəsmiləri Viperin xələfini yaradacaqlarını istisna etməyiblər.
Cavanşir Məmmədzadə
- Baxış: 382