Lucid Motors şirkəti 1000 at güclü Air adlı elektrokarının sınaqlarını göstərib. Videoçarx Ohayo ştatının sınaq poliqonunun 12 kilometrlik oval yolunda çəkilib. Burada maşın saatda 350 kilometr sürət yığıb. 4 qapılı Lucid Air 2016-cı ildə debüt etmişdi. Güc sisteminə iki elektromotor və akkumlyator kompekti daxildir, həcm isə 100 ya da 130 kilovatt-saat ola bilər. Əsas variantda Lucid Air ilk 96 km/saat sürəti 2,5 saniyəyə yerinə yetirir. Daha əvvəl isə bildirilmişdi ki, avtomobilin maksimal sürət 315 km/saat olacaq. Modelin yığılmasına növbəti ildən başlanacaq və həmin il təxminən 250 maşının hazırlanması planlaşdırılır. Elektrokarın qiyməti isə 100-160 min dollar arasında dəyişəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 550