İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliği məqsədilə regionlarda keçirilən kütləvi idman tədbirləri davam edir. Şəmkirdə düzənlənən stolüstü tennis üzrə yarış da bu qəbildən olub. Birincilikdə 18 şəhər və rayonun tennisçiləri çıxış edib. İki yaş qrupunda 100-dən çox raketka ustası mükafatlar uğrunda mübarizə aparıb. Komandaların heyəti 3-ü qız və 3-ü oğlan olmaqla 6 idmançıdan ibarət olub. Nəticələrə əsasən, əldə olunan medalların əyarına görə komanda hesabında Gəncə 1-ci yeri tutub. Ev sahibləri 2-ci, Samux 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, stolüstü tennis yarışından öncə Şəmkir Olimpiya İdman Kompleksində İslamiadaya həsr olunmuş 4 idman növü üzrə yarışlar təşkil edilib. İdmançılar güləşin sərbəst, yunan-Roma növü, cüdo və karate üzrə keçirilən birinciliklərdə güclərini sınayıblar.
Azad Rəfi
- Baxış: 417