• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 15.04.2017 15:35

ADAU-da "İslam Həmrəyliyi Zamanın Çağrışıdır" adlı tədbir keçirilib

KepezTV Player

Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara aid olan 80-ə yaxın xalq bu günə kimi dinc, firavan və tolerant şəraitdə yaşamaqdadır. Bunun da başlıca səbəbi respublika əhalisinin tarixi, milli, mənəvi dəyərləri bu günə kimi qoruyub saxlamasıdır. Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində "İslam Həmrəyliyi Zamanın Çağrışıdır" adlı tədbirdə səsləndirilib. Görüşdə Azərbaycanda 4-cü İslam Həmrəyliyi İdman Oyunlarının keçirilməsinin islam ölkələri arasında əlaqələri daha da möhməkləndirəcəyinə diqqət çəkilib. Çıxışlarda dünyanın bir çox ölkələrinin islama və bəzi islam ölkələrinə qarşı ikili mövqeyi, islam həmrəyliyinə xələl gətirən çirkin siyasət aparması pislənilib.

Azad Bayramov- ADAU-nun kafedra müdiri: “Bu gün ölkəmizə 57 müsəlman ölkəsinin dövlət başçılarının, rəsmi nümayəndələrinin gəlməsi, onların Azərbaycanda görüşməsi, islam ölkələri arasında problemlərin həll olunması istiqamətində müstəsna bir rol oynayacaq. Digər bir tərəfdən isə Azərbaycanda İslam Həmrəyliyi ili elan olunması tək islam ölkələri arasında deyil, həmçinin Avropa ölkələrinə bir mesajdır ki, biz Avropa ilə də həmrəyik”.

Jalə Qurbanova