Fransa çempionatının yüksək liqasında XXXIII turun oyunları başlayıb. Turun ilk görüşündə son çempion PSJ "Anje"nin qonağı olub.
90 dəqiqə qonaqların qarşıya qoyduğu vəzifənin yerinə yetirilməsi ilə yekunlaşıb. PSJ iki qolla məqsədinə çatıb. Paytaxt klubuna qələbəni Anhel Di Mariyanın qolları qazandırıb. Dubl edən argentinalı yarımmüdafiəçi komandasının 3 xalı qazanmasında mühüm rol oynayıb.
Fransa, Liqa 1
XXXIII tur
14 aprel
"Anje" - PSJ - 0:2
Qollar: Di Mariya, 28, 84
Azad Rəfi
- Baxış: 295