Nyu-Yorkda keçirilən avtosalonda Dodge şirkəti yüksək performanslı Challenger SRT Demon avtomobilini sərgiləyib. 840 at güclü yenilik inanılmaz sürət imkanı təklif edir. Yerindən 96 km/saat sürət 2,3 saniyəyə yerinə yetirilir. Maksimal sürət isə 225 km/saatdır. Düzdür, bu rəqəmlərə çatmaq üçün masklkarı yüksək oktanlı yanacaqla təmin etmək lazımdır. Bütün bu göstəricilər ictimai yollarda şütüyə biləcək maşına aiddir. Dodge Challenger SRT Demon-un sələfindən 100 kiloqram yüngül olması ona motorun gücündən daha səmərəli istifadə imkanı yaradır. Maşın çəkisini səs izolyasiyası və arxa oturacaqlardan imtina etməklə itirib. Məhdud sayda buraxılacaq Demonun qiymətləri açıqlanmasa da, yay aylarından çatdırılmalarına start veriləcək.
Cavanşir Məmmədzadə
- Baxış: 362