• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 14.04.2017 16:59

Göygöl baytarları bütün təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb

KepezTV Player

Yaz-yay fəslində ən çox xırda buynuzlu heyvanlarda qarayara, dabaq eləcə də iri buynuzlu heyvanlarada leptospiroz xəstəliyinə rast gəlinir. Bunu nəzərə alan Göygölün baytarları bütün təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb.

Rəşad Əmiraslanov -çoban: “Göygöl rayonunun baytarlıq həkimləri tez-tez gəlib mallarımızı yoxlayırlar, qan analizləridi, dabağa, brüsellyoza qarşı dərmanlar vurulur. Malda heç bir problem yoxdu”.

Aprelin 1-dən yoluxucu xəstəliklərə qarşı tədbirlərə başlayan Göygöl rayon Baytarlıq İdarəsinin həkim briqadası da hələlik ciddi xəstəliyin aşkarlanmadığı deyir. Rayon ərazisində olan bütün xırda və iri təsərrüfatlarda saxlanılan heyvanlar peyvəndləməyə cəlb edilib. 70 min baş xırda buynuzlu heyvan qarayara, 30 mindən çoxu isə dabaq əleyhinə vaksinasiya edilib. Həmçinin 3 min baş iri buynuzlu heyvan leptosprioz xəstəliyə qarşı peyvənd olunub. Törədici qoçlardan götürülən qan nümunələri isə laborator müayinəyə göndərilir.

Oqtay Həmidov -Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi: “Rüb ərzində 22 min 150 baş iri buynuzlu heyvanda qarayara xəstəliyinə qarşı, 21 min 806 başda dabaq xəstəliyinə qarşı, 18 min 825 baş nodulyar dermatit xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb. 190 min 312 baş ev quşlarında Nyukasl xəstəliyinə qarşı peyvəndləmə işləri görülüb. Qabaqlayıcı tədbirləri vaxtlı-vaxtında aparırıq. Bunun nəticəsidir ki, rayonumuzun ərazisində heç bir yolxucu xəstəlik və heyvanlar arasında tələfat hallarına rast gəlinməyib”.

Peyvənd işləri ilə yanaşı, təsərrüfat sahibləri heyvanların saxlanması, yemləndirilməsi, xəstəliklərdən qorunması, damazlıq-seleksiya və süni mayalandırma mövzusunda baytar həkimləri tərəfindən maarifləndirilir. Baytarlar təsərrüfatlarda sanitariya tədbirləri də həyata keçirir.

Elnur Vahidoğlu