• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 14.04.2017 16:56

Gəncədə əlillikdən əziyyət çəkənlər üçün ödənişsiz kurslara start veriləcək

KepezTV Player

Gəncədə və ətraf bölgələrdə loqopediya, autizm, eşitmə və nitq, daun sindiromu, uşaq iflici kimi əlillikdən əziyyət çəkənlər üçün ödənişsiz kurslara start veriləcək. Məqsəd fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası, məşğulluğunun artırılması, orta və ali təhsilə cəlb olunma, eləcə də peşə yönümlü kursların təşkili əlillərin bacarıqlarının üzə çıxarılmasına hesablanıb. Layihə Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin bir hissəsidir.

Gəncədə ümilikdə 18 mindən çox əlilliyi olan insan var ki, onların da 8 mini qadın, 6 mini kişi, yerdə qalanı isə uşaqlar və yeniyetmələrdir. Belə insanların sosial proqramlara cəlbi onların həyat şəraitinə müsbət təsirini göstərir. Bu məqsədlə Əlil Qadınlar Cəmiyyəti sağlamlıq imkanları məhdud olan uşaqları ibtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilə cəlb etmək üçün işlərə başlayıb. Təşkil olunacaq ödənişsiz kurslarda bu kateqoriyadan olanları peşə yönümlü ixtisaslara yönəltmək, eləcə də onların təhsildən kənardan qalmasını önləməkdir.

Elmira İsmayılova -Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri: “Hazırlıq peşə kursları dedikdə dillər, kompyuter, toxuculuq, tikişçi, modelyer, bərbər, kosmetoloq və eyni zamanda tibbi bilikli sosial işçilərin hazırlanmasına yönələcək. Apardığımız sorğular zamanı bəlli oldu ki, əlilliyi olan insanlarla işləmək üçün tibbi bilikli sosial işçilər lazımdır. Amma bugünki gündə də cəmiyyətimizə bu kimi işçilərə ehtiyac var. Buna görə də beynəlxalq təcrübəni nəzərə alaraq kurslarımızda əlillər üçün daha ehtiyac duyulan sahələr tətbiq olunacaq”.

 Layihəyə uyğun olaraq kursları uğurla başa vuranların gələcəkdə öz biznesini qurması fərdi, kollektiv və ya ev şəraitində həyata keçirilərsə onlara cəmiyyət tərəfindən dəstək olunacaq. 2002-ci ildən etibarən fəaliyyət göstərən və özündə 3229 əlil qadını birləşdirən Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi fiziki qüsuru olan şəxslərin sosial həyat şəraitinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası üçün layihələr icra edir.

Xaliq Qurbanlı