• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 14.04.2017 13:59

Gömrük nəzarətindən gizlədilən 13 000 ədəd siqaret aşkar edilib

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd siqaret aşkar edilib. Daha bir “Mercedes” markalı avtomobilə baxış zamanı isə döşəmənin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd siqaret aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı