• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 14.04.2017 13:35

Narkotik istifadəçisi saxlanıldı

KepezTV Player

Ağ ölümün girdabına keçməyin özü dəhşətdir. Bir də bu dəhşətin insanı azadlığından uzaq salmağı var. Amma Sabirabad sakini üçün bunların heç biri tutduğu yoldan çəkinmək üçün səbəb deyil.Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrə qarşı əməliyyat tədbiri keçirilib. Şəhər sakini 31 yaşlı Elvin Hüseynov saxlanılıb.Saxlanılan şəxs əməlini etiraf edib. Əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayan Hüseynov yenidən azadlıqdan ayrı düşəcək. Amma bu, ona peşman olmaq üçün kifayət etmir.Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Zülfiyyə Telmanqızı