• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 13.04.2017 18:02

Avtobus aşdı, 4 nəfər yaralandı

KepezTV Player

Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 27 yaşlı Ürfan Həmidov, 28 yaşlı Eldar Qədimov, 45 yaşlı Hürriyyət Teyyubovanın vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt araşdırılır.