KepezTV Player
Masallıda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 39 yaşlı Emil Ədalət oğlu Sultanov bıçaqlanıb. Masallı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən zərərçəkən əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxsin adı açıqlanmasa da, artıq saxlandığı bildirilir. Onun həbsdən yeni çıxdığı müəyyənləşib. Digər bir bıçaqlanma hadisəsi isə Lənkəranda baş verib. Hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kamran Məmmədov bibisi 43 yaşlı Məmmədova Nəzakət Əlixan qızını bıçaqlayıb. Qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu deyilir. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 851