• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 13.04.2017 15:33

Şəmkir Olimpiya İdman Kompleksi daha bir yarışa ev sahibliyi edib

KepezTV Player

Bu dəfə karateçilər İslam Həmrəyliyi Oyunlarının təbliği və tanıtımı məqsədilə reallaşan yarışda tatami üzərinə çıxıb.

Yarışın açılış mərasimində ölkəmizdə ilk dəfə keçiriləcək İslamiada ilə bağlı regionlarda kütləvi idman tədbirləri düzənləndiyi diqqətə çatdırılıb. Karatenin son illərdə bütün dünyada populyarlaşdığı və bunun nəticəsində yay olimpiya oyunlarının proqramına daxil edildiyi bildirilib. Bu idman növünün Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında sevilməsindən, həmçinin karateçilərimizin beynəlxalq arenalarda saysız-hesabsız mükafatlar əldə etməsindən bəhs olunub.

İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışlar 11 idman növü keçirilir. 76 şəhər və rayonun idmançıları 6 zona üzrə yarışır. Qərb regionunda reallaşan karateçilərin birinciliyində Şəmkir, Gəncə, Qazax, Tovuz, Goranboy, Ağdam, Bərdə, Ağstafa, Gədəbəy, Göygöl və Samux təmsilçiləri qüvvəsini sınayıb.

Yarışda 4 yaş qrupunda 200-dən artıq idmançı iştirak edib. Karateçilər şəxsi kumite birinciliyində 16 çəki dərəcəsi üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın sonunda mükafatçılara medal və diplom təqdim edilib.

 

Azad Rəfi