Qanunu pozdular, oğurluq etdilər. Vicdanlarından qaçsalar da, polisdən qaça bilmədilər.
Paytaxtın Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın sonlarından bu il aprelin 5-dək olan müddətdə rayon ərazisində 6 evin girişindəki su mühərriklərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hacıbala Quliyev tutulub. Araşdırmalar zamanı saxlanılan şəxsin başqa oğurluq hadisələri törətdiyi də üzə çıxıb.
Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yerləşən marketlərdən birindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Mədət Hüseynov və Füzuli rayon sakini Kənan Mustafayev saxlanılıb. Hər iki şəxs ilkin ifadələrində marketdən pul, tütün məmulatları və spirtli içkilər oğurladıqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 849