KepezTV Player
Bakının Şıx qəsəbəsində istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. İaşə obyektinin uçması nəticəsində fəhlələrdən 2-i ölüb, 4-ü isə xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər xəstəxanalara yerləşdirilib. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 540