Suyu özündən itələyən hidrofob materiallar müxtəlif sahələrdə istifadə edilsə də, çatışmazlığı var. Bu da onların az dözümlü olmasındadır. Analoji problemi aradan qaldırmaq üçün Miçiqan Universitetinin araşdırmaçıları ən ciddi sınaqlardan çıxmış hidrofob örtük ərsəyə gətiriblər. Yeni material yüz dəfələrlə bərpa oluna bilir və çox dözümlüdür. Analoqlarından fərqli olaraq bu material daha çox əyilə bilir. Suyu özündən kənarlaşdıran adıçəkilən materialın müxtəlif sahələrdə, o cümlədən paltarların hazırlanmasında, avtomobil sənayesində, hətta sürətli qayıqların istehsalında istifadə olunmaq perspektivi var. Çünki bu material hesabına qayıqlar suyun müqavimətini azaldacaq və sürət artacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 526