Aston Martin şirkəti Vanquish S-in Red Arrows Edition adlı xüsusi versiyasını təqdim edib. Layihənin müəllifləri Q bölməsinin mütəxəssisləridir. Avtomobildən cəmi 10 ədəd hazırlanması planlaşdırılır, sonuncunu isə RAF xeyriyyə fonduna bağışlayacaqlar. Yenilik korpusunun qırmızı rəngilə, eləcə də eksteryer və interyerdə bir sıra kosmetik dəyişiklikləri ilə fərqlənir. Aston Martin Vanquish S-un texniki avadanlıqlarına isə əl vurulmayıb.
Cavanşir Məmmədzadə
- Baxış: 466