• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 12.04.2017 15:04

Yuventus Barsanı 3 qolla üstələdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri başlayıb. Birinci oyun gününün yeganə qarşılaşmasında İtaliyada "Yuventus”la "Barselona” ilə üz-üzə gəlib. Görüş Turin klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb. Qoca Sinyora erkən qolla hesabı açıb. 7-ci dəqiqədə Paulo Dibala fərqlənərək komandasını önə keçirib. Qoldan sonra qonaqların bir neçə vəziyyətdə hesabı bərabərləşdirmək imkanı olsa da, bunu bacarmayıblar. Əvəzində Barsa 22-ci dəqiqədə növbəti topu qapısından buraxıb. Bu dəfə Dibala dəqiq zərbəylə toru havalandıraraq fərqi ikiyə yüksəldib. Buraxılan topların əvəzini çıxmaq üçün irəli atılan katalon kollektivi təcrübəli Buffonun qoruduğu qapıya yol tapa bilməyib. 55-ci dəqiqədə isə ispanlar 3-cü dəfə mərkəzdən başmalı olublar. Küncdən cərimə meydançasına göndərilən yumşaq mərmiyə başıyla zərbə endirən Kyelini yerli azarkeşləri ayağa qaldırmaqla həm də oyunun yekun hesabını təyin edib. 3:0 Yuventusun qələbəsi. Beləliklə apenninlilər cavab qarşılaşması öncəsi böyük üstünlük əldə ediblər.

Eyni gündə baş tutmalı olan “Borussiya” – “Monako” oyunu isə təxirə salınıb. Buna səbəb dortmundluların avtobusunun yanında partlayış törədilməsidir. Qarşılaşma bu axşam Bakı vaxtilə saat 20:45 keçiriləcək.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

 

“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0

Qollar: Dibala, 7, 22, Kyellini, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Turin, “Yuventus” stadionu

ORXAN CƏFƏRZADƏ