KepezTV Player
Aprelin 9-u saat 18 radələrində Abşeron rayonu ərazisində oğurluq edən şəxs saxlanılıb. Belə ki, əvvəllər məhkum olunmuş 31 yaşlı Qulam Qulamov Xırdalan şəhəri, Nəvahi küçəsində yerləşən marketə gələrək, satıcıdan un verməsini istəyib. Elə bu zaman oradan 450 manat pulu götürüb. Satıcı qadın son anda Qulamın əməlini görsə də ona mane ola bilməyib, kişi onu itələyərək qaçıb. Kamera görüntülərini araşdıran Abşeron rayon Polis İdarəsinin əməkdaşları qısa vaxt ərzində Qulam Qulamovu ələ keçirib. Narkotik vasitələrin qanunsuz dövriyyəsiylə də məşğul olan Qulamov törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 1401