• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 12.04.2017 14:38

Rəfiqə və keçmiş ərin törətdiyi qanlı olaylar

KepezTV Player

Hərislik və tamah başlayan yerdə bütün saf duyğular sona çatır. Rəfiqəsinin malına göz dikib sağlamlığına zərər yetirən qadın da bu hisslərin üzərindən xətt çəkib. Digər hadisədə isə keçmiş əri qadına xəsarət yetirib.

Sabunçu rayonunda qanlı hadisə baş verib. Bilgəh qəsəbəsində yaşayan 57 yaşlı Simuzər Hümbətova  yaşadığı evdən huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər qadının küt alətlə vurulan zərbə nəticəsində başından 7 xəsarət aldığını müəyyən ediblər. Yaralıya tibbi yardım göstərilib, palataya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları yaralının ifadəsini alıblar. Sümuzər Hümbətova bildirib ki, evinə qonaq gələn rəfiqəsi çəkiclə arxadan onun başına zərbə endirərək evindəki pul və qızılları götürüb. Daha sonra isə evi tərk edib. 
Suraxanı rayonunda isə keçmiş ərlə-arvadın mübahisəsi qanlı sonluqla bitib. Rayonun Rzayev küçəsində yaşayan 36 yaşlı Elnarə Kərimova ilə evinə sərxoş vəziyyətdə gələn keçmiş həyat yoldaşı arasında mübahisə baş verib. Bu zaman kişi küt alətlə qadının başına zərbələr endirib. Daha sonra isə hadisə yerini tərk edib. Yaralı özü təcili tibbi yardıma zəng edərək kömək istəyib. Həkimlər zərərçəkənin kəllə beyin travması aldığını bildiriblər. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı