• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 12.04.2017 10:30

Yığcam Bluetooth-modul adi qulaqcıqları naqilsizə çevirir

Boud adlı startap Kickstarter kraudfandinq platformasında adi qulaqcıqları naqilsizə çevirə bilən Bluetooth-modul üçün maddi vəsait yığmağa başlayıb. PLUB adını alan qacet 10 qram çəkidədir və üzərində 3,5 mm-lik qulaqcıq dəliyi var. Bu giriş həmçinin şarj üçün də istifadə edilir. 120 mAs həcmli daxili batareya PLUB-ı 5 saat dayanmadan avtonom rejimdə işləmək şəraiti yaradır. PLUB indiyə qədər təxminən 15 min dollar pul toplayıb, halbuki istehsal üçün 30 min dollara ehtiyac var. Qurğunun yığılmasına 14 maydan başlanacaq. Əvvəlcədən sifariş vermək istəyənlər 25 dollar ödəməlidirlər, komplekt şəkildə isə onu 30 dollara əldə etmək olar. Müştərilər bu cihaza sentyabrdan tez qovuşa bilməyəcəklər.

Cavanşir Məmmədzadə