Facebook, Messenger tətbiqi üçün hazırladığı yeni süni zəka assistenti olan M-i rəsmi olaraq təqdim edib. M, söhbətlər sırasında lazım olduğu anlarda birdən ortaya çıxaraq, həyatınızı asanlaşdırmağa çalışacaq. M-i, Siri və Cortana kimi rəqəmsal assistentlərlə səhv salmamaq lazımdır. Bunun yerinə sistem, söhbətlərinizi analiz edərək, lazım olduğu hallarda söhbətə daxil olacaq və sizə təkliflər verəcək. Məsələn, bir dostunuzla görüş planlaşdırarkən, söhbətə daxil olaraq Start Plan (Planlamağa başla) deyəcək. Siz bunu qəbul etsəniz, təqviminizə gün, saat və məkan məlumatları daxil ediləcək. Zamanı gəldiyində isə M sizə bu görüşü xatırladacaq. Əgər təklifi rədd etmək istəyirsinizsə M-i sadə bir sürüşdürmə əməliyyatı ilə ləğv edə bilərsiniz. M-in təklif etdikləri hələki məhduddur: etiket göndərmək, ödəniş etmək, Uber kimi tətbiqləri idarə etmək, anket başlatmaq, plan qurmaq və məkan (location) paylaşmaq. Yaxın gələcəkdə Facebook-un, bu xüsusiyyətləri artıracağına şübhə yoxdur. M, hazırda sadəcə ABŞ sərhədləri daxilində istifadə edilir. Digər yerlərdə nə vaxt istifadəyə veriləcəyi isə hələki dəqiqləşdirilməyib.
Cavanşir Məmmədzadə
- Baxış: 440