• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 12.04.2017 10:28

Polislər üçün hibridli Ford maşını təklif olundu

Ford şirkəti dünyada ilk hibridli polis maşınını nümayiş etdirib. Güman edilir ki, bu ideya geniş şəkildə tətbiq olunarsa, asayiş keşikçiləri yanacağa daha çox qənaət edəcək, sakinlər isə daha təmiz hava udacaqlar. Police Responder, Ford Mondeo kimi də tanınan hibridli Ford Fusion sedanı əsasında düzəldilib. Onun 2 litrlik benzin motoru 188 at gücündədir. Sedan elektromühərriklə də hərəkətə gəlir, ancaq polis versiyası bir qədər təkmilləşib.Elektrikli mühərrikin köməyi ilə sedan saatda 96 km sürətlə 60 mil qət etmək iqtidarındadır. Ford rəsmiləri hesab edirlər ki, əgər ABŞ təhlükəsizlik orqanları bu avtomobili qəbul etsə, o zaman polislər benzinə və ümumilikdə xərclərinə daha çox qənaət edəcəklər. Cari Ford Taurus 100 km-ə 13 litr, hibridli isə cəmi 6 litr yanacaq işlədir. Bu, bir avtomobilə il ərzində 3900 dollar qənaət etmək deməkdir.

Cavanşir Məmmədzadə