• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2141
— 12.04.2017 09:18

Tovuzda ölümlə nəticələnən avtoqəza baş verib

KepezTV Player

Tovuz rayonu Qovlar şəhəri ərazisində 25 yaşlı Sadiq İsrafilovun idarə etdiyi "VAZ" markalı  minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində ölüb. Deformasiyaya uğrayan avtomobildə sıxılan meyit hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib. Qəzanın səbəblərinin araşdırılmasına başlanılıb.

Elton Cabbarlı