• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 11.04.2017 21:20

Gəncədə 67 yaşlı qadın marşrutdan yıxılıb

KepezTV Player

Gəncədə qadın 33 nömrəli xətt üzrə fəaliyyət göstərən sərnişin daşıyan mikroavtobusdan yıxılaraq xəsarət alıb. Hadisə bu gün axşam saatlarında baş verib. Şəhər sakini 67 yaşlı Giləxanım Həsənova bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Elnur Vahidoğlu