• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 11.04.2017 18:01

Yararsız kolbasa və sosiska satanlar ifşa edildilər

KepezTV Player

Ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız və istifadə müddəti bitmiş qida məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar. Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa və sosiska aşkar olunaraq götürülüb.

Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları isitifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər. Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı