• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 11.04.2017 17:54

51 yaşlı kişini döyərək öldürdülər

KepezTV Player

Abşeron rayonuMasazır qəsəbəsində yol kənarında üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin "102 zəng" Mərkəzinə qəsəbə sakinləri məlumat veriblər. Polis və prokurorluq əməkdaşlarınmdan ibarət əməliyyat-istintaq qrupu əraziyə gələrək meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Abşeron Rayon Şöbəsinə göndəriblər. Müayinə zamanı tapılan şəxsin 51 yaşlı Tapdıq Əzizağa oğlu Məmiyev olduğu müəyyən edilib. Onun döyülərək qətlə yetirildiyi ortaya çıxıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başılanıb. Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir.

 

Zülfiyyə Telmanqızı