• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 11.04.2017 15:16

Şəmkirdə İslamiadaya həsr olunmuş yarış keçirilib

KepezTV Player

İslam Həmrəyliyi Oyunlarının təbliği və tanıtımı məqsədilə keçirilən kütləvi idman tədbirləri davam edir. Bu məqsədlə Şəmkirdə reallaşan növbəti yarış idmanın cüdo növü üzrə olub.

Yerli Olimpiya İdman Kompleksində düzənlənən birincilikdə qərb regionu üzrə 18 şəhər və rayonun təmsilçiləri tatami üzərinə çıxıb. Müxtəlif əyarlı mükafatlar uğrunda 2003-2005-ci il təvəllüdlü uşaq və yeniyetmələr mübarizə aparıb. Yarışda 12 çəki dərəcəsi üzrə 200 cüdoçu qüvvəsini sınayıb. Ümumilikdə İslam Həmrəyliyi Oyunlarına həsr olunan 11 idman növü üzrə birinciliklər 6 zonada keçirilir. Kütləvi idman tədbirlərinə 76 şəhər və rayonun idmançıları cəlb olunub. 9619 məktəbli bir ay müddətində keçiriləcək yarışlarda iştirak edəcək.

Əli Əliyev- cüdo yarışları üzrə məsul katib: “Müşahidə etdiyimiz yarışlardan görünür ki, məktəblilərin idman növlərinə marağı və böyük axını var. Bu da sevindirici haldır. Ali məqsədlərdən biri uşaqları seçib onları böyük idmana cəlb etməkdir ”.

Birinciliyin yekunlarına əsasən, əldə olunan medalların əyarına görə komanda hesabında Gəncə 1-ci olub. Şəmkir 2-ci, Yevlax və Bərdə komandaları 3-cü yeri bölüşdürüb. Təhsil Nazirliyinin xətti ilə keçirilən birincilikdə mükafatçı yerləri tutan idmançılara medal və diplom, bütün iştirakçılara isə üzərində Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları yazılmış kimanolar hədiyyə edilib.

Şəmkirdə İslam Həmrəyliyi Oyunlarının təbliği və tanıtımı məqsədilə daha 4 idman növü üzrə yarış keçiriləcək. Söhbət basketbol, karate, taekvando və stolüstü tennis üzrə birinciliklərdən gedir.

 

Azad Rəfi