• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 10.04.2017 15:08

Derbidə "Kəpəz" sevindi

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Turun açılış görüşü Gəncədə oynanılıb. Bu qarşılaşmada “Kəpəz” əzəli rəqibi “Neftçi”ni sınağa çəkib. Tarixi derbi kimi xarakterizə edilən oyun Avroliqaya vəsiqə yolunda hər iki komanda üçün son şans olub. Doğma azarkeşlər qarşısında yaxşı oyun göstərən gəncəlilər paytaxt təmsilçisini 2:0 hesabı ilə məğlub edərək 4-cü yer uğrunda mübarizəni gərginləşdirib. 13-cü dəqiqədə cərimə zərbəsi yerinə yetirilərkən yumşaq mərmi bakılıların oyunçusunun əlinə dəyib və hakim ağ nöqtəni göstərib. Təyin olunan penaltini kapitan Tural Axundov qola çevirərək komandasını önə keçirib. Hücumlarını davam etdirən Nizami yurdunun təmsilçisi 41-ci dəqiqədə daha bir penalti qazanıb. Julien Ebahın sağ cinahdan asması  zamanı top yenə rəqib futbolçunun əlinə tuş gəlib. Bu dəfə də məsuliyyəti öz üzərinə götürən Axundov qonaqları növbəti dəfə məyus edib. İkinci hissədə isə başqa qol olmayıb və oyun Kəpəzin qələbəsi ilə yekunlaşıb. Növbəti 3 xalı aktivinə yazdıran "sarı-göylər" turnir cədvəlində "Neftçi"ni geridə qoyaraq 6-cı pilləyə yüksəlib.

Turun mərkəzi oyunu Respublika stadionunda baş tutub. Son illərin çempionu “Qarabağ” cari mövsümdəki əsas rəqibi “Qəbələ” ilə görüşüb. Hər iki tərəfin qapıya düşmək üçün şansları yaransa da, sonda qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb və komandalar arasında 4 xallıq fərq qalıb. Beləliklə, çempionatın sonuna 3 tur qalmasına baxmayaraq, Ağdam kluba çempionluğa bir qədər də yaxınlaşıb. 

 

Azərbaycan Premyer Liqası

XXV tur

9 aprel (bazar)


“Kəpəz” – “Neftçi” - 2:0

Qollar: Tural Axundov, 13 (pen.), 41 (pen.)

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:0, 0:0
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

 

 “Qarabağ” – “Qəbələ” - 0:0

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

 

 

1

Qarabağ

25

16

5

4

39-12

53

2

Qəbələ

25

13

9

3

43-14

49

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Kəpəz

25

6

9

10

19-26

27

7

Neftçi

25

8

2

15

19-40

26

8

 AZAL

24

1

7

16

11-39

10

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11

Orxan Cəfərzadə