• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 10.04.2017 15:04

Yığmalarımız xatirə turnirində 7 medala yiyələnib

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirə yekun vurulub.  Son yarış günü daha 3 medal qazanıblar. Mükafatların əyarı 1 qızıl və 2 bürünc olub. Yunan-Roma güləşi üzrə 66 kq-da mübarizə aparan Kamran Məmmədov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qadın güləşi yarışlarında 58 kq-da çıxış edən Nataliya Sinişin və sərbəst növdə 70 kq çəkidə güləşən Ruslan Dibirhacıyev komandamızın aktivinə bürünc medal yazdırıblar. Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 2 qızıl və 5 bürünc medalla başa vurublar.

Azad Rəfi