• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 10.04.2017 14:10

Avtomobildə gizlədilən telefonlar aşkarlandı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 13 ədəd mobil telefon, 16 ədəd mobil telefon qidalandırıcısı aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı