• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 10.04.2017 14:04

İki nəqliyyat vasitəsi toqquşdu: 1 ölü, 1 yaralı var

KepezTV Player

Hacıqabul-Bəhrəmtəpə magistralının 16 –cı kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində “VAZ 21015” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürücü, Şirvan sakini, 37 yaşlı Rəşad Musayev hadisə yerində ölüb.“VAZ”-da olan sərnişin, Şirvan sakini, 33 yaşlı Elvin Musayev kəllə-beyin travması ilə Şirvan Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Xidməti tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarlaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı