Gəncədə kütləvi dava faktı qeydə alınıb. Şəhərin I-ci mikrorayonunda bir neçə nəfərin dalaşması nəticəsində şəhər sakini 30 yaşlı Balı Hacıyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona burnun sınığı diaqnozu qoyulub və tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 779