• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 09.04.2017 00:35

Tovuz avtomobil atlını vurub

Hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini 25 yaşlı Sərxan Səfərli atla yolu keçərkən "VAZ-2107" markalı minik avtomobilin sürücüsü onu vurub. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər ona sağ çiyin və bel nahiyyəsinin qapalı travması diaqnozu qoyub və ona tibbi  yardım göstərilib. Vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu