Bu gün Bolqarıstanın güləş üzrə böyüklər arasında beynəlxalq turnir başlayacaq. Ənənəvi yarışda sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək. Qadınların yarışında baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Anjela Doroqan, İrina Netreba, Nataliya Sinişin və Elis Manolova mübarizə aparacaq. Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçi İlqar Abdulovun başçılığı altında yarışa yollanıb. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Kamran Məmmədov, Rəsul Çunayev və Həsən Əliyev yer alıb.Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov, Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev, Ruslan Dibirhacıyev və Nurməhəmməd Hacıyev xalça üzərinə çıxacaq.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək. Proqrama əsasən, hər gün paralel olaraq 4 çəkidə yunan-Roma, sərbəst, qadın güləşçilər yarışacaq.
Azad Rəfi
- Baxış: 385