Ötən günlərdə Samsung şirkəti, Galaxy S8 və Galaxy S8+ flaqman smartfonlarını təqdim etmişdi. Əvvəlki modellər kimi yeni modellər də böyük marağa səbəb olub. Dizayn dəyişikliyinə baxmayaraq, korpusun materialı, əvvəlki iki nəsil modeldə olduğu kimi qalıb. Yəni, smartfonlar həm öndən, həm də arxadan qoruyucu şüşə ilə, mərkəzdə metal çərçivə ilə qorunur. TechRax adlı məşhur videoblogger, dünyada ilk dəfə Galaxy S8 korpusunun dözümlülük testini keçirib. Videoblogger, Galaxy S8-in dözümlülüyünü, yeni çıxmış qırmızı iPhone 7 ilə müqayisə edib. Hansı smartfonun korpusunun daha dözümlü olduğuna özünüz şahid olun.
Cavanşir Məmmədzadə
- Baxış: 994