• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 07.04.2017 18:52

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Xaçmaz polisi oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb. 30 yaşlı Əkbər Məmmədov müxtəlif vaxtalarda iki oğurluq hadisəsi törədib.

Xaçmazda oğurluq edən şəxs saxalanılıb. 30 yaşlı Əkbər Məmmədov müxətlif vaxtlarda şəhər ərazisində iki oğurluq hadisəsini törətməkdə şübhəli bilinir. İstintaq zamanı məlum olub ki , o, ötən ilin oktyabrın 30-da Xaçmaz Telekommunikasiya Qovşağına məxsus 60 metr uzunluğunda rabitə xəttinin oğurlayıb. Bundan başqa saxlanılan Əkbər Məmmədovun aprelin 3-də gecə saatlarında bir qrup şəxslə əlbir olaraq “Xaçmaz Avtonəqliyyat” ASC-nin həyətindən 700 manat dəyərində olan 75 kilovatlıq işıq generatorunu oğurlaması da məlum olub. Oğurlanan əşyaların bir hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı