Turun son oyun günündə iki görüş keçirilib. “Eybar” – “Las Palmas” matçı ev sahiblərinin qələbəsi ilə nəticələnib. Avropa Liqasına vəsiqə verən yer uğrunda mübarizə aparan Bask klubu 3:1 hesabı ilə 3 xalı aktivinə yazdırıb.
Turun digər matçı daha maraqlı və gərgin mübarizə şəraitində keçib. Söhbət “Valensiya” – “Selta” oyunundan gedir. İlk yarıda hərəyə bir dəfə fərqlənən tərəflər fasilədən sonra daha məhsuldar oyun nümayiş etdiriblər. Qapılara 5 qolun vurulduğu oyunun son nəticəsinə əsasən “yarasalar” 3:2 hesabı ilə qələbə qazanıblar.
6 aprel
Eybar - Las Palmas 3:1
Qol: Bebe, 14. Artiles, 25-avtoqol. Adrian, 66-pen - Lemos, 63.
Valensiya - Selta 3:2
Qol: Parexo, 39. Munir, 67. Soler, 86 - Kabral, 16. Aspas, 80-pen.
Azad Rəfi
- Baxış: 322