• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 07.04.2017 13:56

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start verilib

Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. 58-kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medala yiyələnib.

Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvondoçu ilə qatılıb. Yarışa aprelin 9-da yekun vurulacaq.

Orxan Cəfərzadə