12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrlə, vergi ödəyicilərinin qeydiyyatı, vergi qanunları, əlavə olunan dəyişikliklər, nağdsız hesablaşmalar, eləcə də sabit məbləğin tətbiqi ilə bağlı maarifləndirici görüş keçiriblər. Görüşlərdə həmçinin tələbə gənclərə ticarət festivalı, “tax free” və şəffaf vergi partnyorluğu kimi vergi xidmətləri haqqında da geniş məlumat verilib. Əsas məqsəd vergi ödəyicilərində vergi mədəniyyətini formalaşdırmaq və onun artırılmasına nail olmaq və vergi qanunvericiliyinin sadələşdirilməsi üçün edilən yenilikləri çatdırmaq olub. Mütəmadi keçirilən maarifləndirici görüşlər öz nəticəsini göstərir.
Rauf Mirzəyev-12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Biz artıq bir neçə dəfədir belə görüşlər keçirmişik. Və bu görüşlərin nəticəsi var. Sabit məbləğlə əlaqədar vergi ödəyiciləri müraciət edir və qəbzləri alırlar. Bundan başqa hiss olunur ki, vergi ödəyicilərinin qeydiyyat məsələsində də müəyyən irəliləyişlər var”.
Günay İbrahimova- ADAU-nun tələbəsi: “Biz bu görüşdə vergilər haqqında, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər haqqında bir çox yeniliklər öyrəndik. Bunları öyrənmək bizim üçün həqiqətən də çox mahiyyətlidir. Çünki, gələcəkdə bir vergi ödəyicisi kimi bunları bilmək hər bir Azərbaycan vətəndaşı üçün olduqca vacibdir”.
Elton Cabbarlı
- Baxış: 457