• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 07.04.2017 13:12

Oğurladığı avtomobilin xeyrini görmədi

KepezTV Player

Bakı şəhər sakini Fuad Cəmilov polisə məlumat verərək ona məxsus "VAZ-21011" markalı avtomobilin Yasamal rayonu ərazisində qaçırıldığını bildirib. Hüquq- mühafizə orqanı əməkdaşları axtarışlara başlayıblar.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları Cəmilova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elşən Bağırovu saxlayaraq istintaqa təhvil veriblər. Məlum olub ki, o, daha öncə Sabunçu rayonu ərazisində yol polisi tərəfindən saxlanılıb, ancaq maşını orada qoyaraq qaçıb. Saxlanılan şəxs ifadəsi zamanı nəqliyyat vasitəsini sürmək məqsədi ilə qaçırdığını deyib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı