• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 07.04.2017 11:45

Bu gün Türkiyədə cüdo üzrə "Dünya Turu" seriyasından olan Antalya Qran Pri-si start götürəcək

3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. Komandamız qonşu ölkəyə 14 idmançı ilə yollanacaq. Bunlar Vüqar Şirinli, İlkin Babazadə (hər ikisi 66 kq), Hidayət Heydərov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Gültac Məmmədəliyeva (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Leyla Şahin, Nərgiz Hacıyeva (hər ikisi 57 kq) və Gülsədəf Kərimovadı (67 kq).

İlk gündə kişilərdə 2, qadınlarda isə 3 çəki dərəcəsində qaliblər müəyyənləşək. İlk yarış günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq.

Yarışda ümumilikdə isə 36 ölkədən 274 (164 kişi, 110 qadın) cüdoçu iştirak edəcək. 

Azad Rəfi