Şəmkirdə Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbçisi çavuş Təbriz Əsgərovun xatirəsi anılıb. Ötən ilin aprelində qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olan Təbriz Əsgərovun döyüş zamanı şücaəti yüksək qiymətləndirilib. Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələr, əsgərlərin vətən uğrunda göstərdiyi igidlik, işğal altındakı torpaqların bir hissəsinin azad edilməsi silahlı qüvvələrin gücünün nümayişi kimi qiymətləndirilib. Təbriz kimi vətənsevər, mərd, cəsur oğullar sayəsində xalqımızın qələbə sevinci yaşadığı vurğulanıb. Şəhidlik zirvəsinə ucalan hərbçilərin döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə diqqət çəkilib. Rayon rəhbərliyi ilə yanaşı Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmilərinin də qatıldığı anım tədbiri şagirdlərin ifasında bədii hissə ilə davam edib.
Hamlet Əsgərov- şəhidin atası: “Vətən sağ olsun. Şəhidlərin ruhu şad olsun. Analara, valideynlərə allah səbr versin. Deyiləsi, danışılası sözlər çoxdur. Qüdrətli, qüvvətli ordumuz var. Bizim ordumuzun sayəsində şükür demək olar ki, dünyaya baxanda Azərbaycan sakit ölkədir”.
Natiq Hüseyn
- Baxış: 510