• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 07.04.2017 10:02

Nissan xüsusi versiyalı 370Z avtomobilini göstərdi

Nissan 240Z modelinin 50 illiyi münasibətilə 370Z Heritage Edition avtomobili peyda olub. Yeni maşının eksteryeri iki rəngdə ola bilər: sarı Chicane Yellow və qara Magnetic Black. Analoji rənglər salonda da tətbiq olunacaq. Heritage Edition, adi 370Z-i gözləyən yeniliklər də əldə edəcək. Söhbət yeni fara və fənərlərdən, radiator barmaqlığı və qapı tutqaclarında kosmetik dəyişikliklərdən, həmçinin yeni eqzoz sistemindən gedir. Nissan 370Z Heritage Edition 3,7 litr həcmli V6 motorla təchiz olunur. 332 at gücündə olan bu aqreqat 6 pilləli mexaniki ya da 7 pilləli avtomatik sürət qutusu ilə işləyə bilər.

 

Cavanşir Məmmədzadə